Xəbər lenti

Orxan Zeynalovu saxlayanlar təltif edildi
Ölkə13:45 07.11.2013

Orxan Zeynalovu saxlayanlar təltif edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvada qətl törətməkdə şübhəli bilinən soydaşımız Orxan Zeynalovun saxlanılmasında fərqlənmiş polislərə xüsusi xidməti vəsiqələr təqdim edilib.

Ans press-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu gün Rusiya DİN-ində xidməti fəaliyyətində yüksək nailiyyətlər əldə etmiş daxili işlər orqanlarının ən yaxşı əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Yeqor Şerbakovun qətlinin üstünün açılmasında fərqlənmiş polis əməkdaşlarına ilk dəfə olaraq bu vəsiqələr təqdim edilib.

Qeyd edək ki, Orxan Zeynalovu saxlayan zaman polis əməkdaşları qeyri-insani hərəkətləri diqqəti cəlb etmişdi.

Qaynar.info