Xəbər lenti

Sənət 09:40 07.09.2023

Oskarın təqdimatı tətil səbəbindən təxirə salındı

Film Sənətləri və Elmləri Akademiyası 96-cı Oskar Mükafatlarının təxirə salındığını elan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Vanity Fair" məlumat yayıb.

Oskar mükafatlandırma mərasimi 2024-cü il yanvarın 9-da keçiriləcək. Tədbir əvvəlcə 2023-cü il noyabrın 18-nə təyin edilmişdi. Lakin Hollivud ssenaristləri və aktyorlarının tətili səbəbindən təxirə düşüb. 

Oskar 1929-cu ildə Amerika Film Sənəti və Elmləri Akademiyası tərəfindən təsis edilib. Ənənəvi olaraq Los-Ancelesdəki Dolby Teatrında filmlərin çəkilməsinə töhfələrinə görə kino sənətçilərinə verilir.

95-ci Akademiya Mükafatları 2023-cü ilin martında baş tutub. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->