Xəbər lenti

Oğuzda iki avtmobil toqquşdu, üç nəfər xəsarət aldı (FOTOLAR)
Ölkə13:46 14.06.2020

Oğuzda iki avtmobil toqquşdu, üç nəfər xəsarət aldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "VAZ - 21 015" və "VAZ - 21 011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ - 21 011"in sürücüsü və "VAZ - 21 015"də olan 2 nəfər sərnişin xəsarət alıb. 
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.