Xəbər lenti

Oğuzun Xaçmaz kəndində etiraz aksiyası
Ölkə13:10 08.05.2013

Oğuzun Xaçmaz kəndində etiraz aksiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kənd sakinləri tətləbləri yerinə yetirilməyincə Qəbələ-Şəki avtomobil yolunu bağlayacaqlarını bildiriblər

Azərbaycanın şimal-qərbində Oğuz rayonunun Xaçmaz kəndində sosial-iqtisadi tələblərlə etiraz aksiyası keçirilib.

Turan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 400-ə yaxın yerli sakin kənd icra nümayəndəsinin binası qarşısında toplaşıb. Onlar yolların abadlaşdırılmamasına, ağac kömürü istehsalının qadağan edilməsinə etiraz ediblər. Kəndlilər bu problemlərin həllini və təbii qazla təmin edilməyi tələb ediblər. Kənd hakimiyyətinin rəhbəri qarşıya qoyulmuş məsələlərə baxmağı vəd edib. Eyni zamanda, kəndlilərə bildiriblər ki, bu gün rayon icra başçısı Xaçmaza gələcək və onlarla görüşəcək.

Sakinlər qapalı məkanda deyil, açıq havada görüş keçirilməsini tələb edirlər ki, bütün arzu edənlər görüşdə iştirak edə bilsin. İnsanlar xəbərdarlıq ediblər ki, rayon başçısı ilə görüş baş tutmasa, problemlər də həllini tapmasa, onlar Qəbələ-Şəki avtomobil yolunu bağlayacaqlar.

Oğuz Rayon İcra Hakimiyyəti başçının sosial-iqtisadi məsələlər üzrə müavini Etibar Yusifov ANS PRESS-ə bildirdi ki, Oğuzda heç bir aksiya və ya nümayiş olmayıb: "Bu, məlumatın heç bir əsası yoxdur".

Qaynar.info