Xəbər lenti

Ov zamanı həmyerlisini başından güllələdi - Sabirabadda
Ölkə16:52 24.03.2015

Ov zamanı həmyerlisini başından güllələdi - Sabirabadda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacıqabulda ov zamanı bədbəxt hadisə baş verib. Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə martın 23-də Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.
Sabirabad rayon sakini Xalis Xankişiyev ov zamanı ehtiyatsızlıqdan tüfənglə atəş açaraq, həmyerlisi Rüstəm Səmədova baş nahiyəsindən xəsarət yetirib. Nəticədə R.Səmədov xəstəxanaya yerləşdirilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən X.Xankişiyevdən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.
Qaynar.info