
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ən odioz fiqurlarından olan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun azadlığa çıxmaq üçün qurduğu planlardan daha biri ifşa olunub.
O, həbsdən və məsuliyyətdən qurtarmaq üçün son günlər Azərbaycan mediasında tez-tez çıxış edən, Gürcüstanın Vahid Milli Hərakatı Partiyasının üzvü olan qohumu Azər Süleymanovdan istifadə etmək qərarına gəlib. Belə ki, plana görə, Marneuli rayonunu Gürcüstan parlamentində 3 dəfə təmsil edən A. Süleymanov növbəti parlament seçkilərində namizədliyini irəli sürüb təbliğat-təşviqat kampaniyası zamanı mətbuatın gücündən istifadə etməli, Azərbaycan iqtidarının dəstəyini almalı və etibarını qazanmalıdır.
Daha sonra isə etimad qazanan deputat Gürcüstan-Azərbaycan münasibətlərinin tənzimlənməsində xüsusi rolu olduğunu qabartmalı və qohumu Çovdarovun azad olunması üçün bu kartdan istifadə etməlidir.Qaynarinfo.Az