Rüfət Əzizovun post-pandemiya dövrünün biznes imkanlarını analiz edən məqaləsi Oxford Universitetinin veb-səhifəsində çap olunub, eləcə də universitetin Facebook, Linkedin və Twitter səhifələrində paylaşılıb.
Qaynarinfo 365.az-a istinadən xəbər verir ki, Rüfət Əzizovun fikirləri praqmatik yanaşmadan ibarət olaraq, hazırda post-pandemiya haqqında olan standard qlobal fikirlərdən fərqli olduğu üçün geniş müzakirələrə yol açır.
Sahibkar, biznes üzrə ekspert, kimya üzrə fəlsəfə doktoru, Oxford Universiteti EMBA proqramı iştirakçısı, Rüfət Əzizov bildirib ki, sahibkarlar mövcud post-pandemiya biznes ideyaların diqqətlə incələməlidirlər, və ideyalar üzərinə tələsik atılaraq biznes qurmaq niyyətinə düşməməlidirlər.
Bütün dünya hazırda postpandemiya dövründən danışır. Hamı online texnologiyaların inkişaf edəcəyindən, təchizat zəncirlərinin lokallaşacağından, sağlam həyat tərzinin və tibb xidmətlərin önəminin artacağından bəhs edir.
Linki diqqətinizə çatdırırıq: