Oxucuların adətən mediaya müraciətləri şikayət məzmunlu olur. Onlar hansısa qurumda rast gəldikləri bürokratik əngəllərdən və korrupsiya llarından şikayətlənir. Amma nadir hallarda olsa da, təşəkkür məktubları da alırıq.
Daimi oxucularımızdan biri S.Qasımovanın məktubu da bu qəbildəndir. Onun Qaynar.info-ya məktubu "Bank of Baku"ya təşəkkür üzərində qurulub.
"Mən illərdir ki, "Bank of Baku"nun müştərisiyəm. Bankın müxtəlif kampaniyalarından tez-tez bəhrələnirəm. İstər fərdi kredit, istərsə də "Bol kart" xidmətlərindən mütəmadi yararlanıram. Mən də bir müştəri kimi öz vəzifələrimi yerinə yetirməyə, ödəmələrimi vaxtlı-vaxtında yerinə yetirməyə çalışıram. Hesab edirəm ki, bankın etibarlı müştərilərindən biriyəm. Buna görə də hər dəfə kredit xidmətindən bəhrələnmək istədikdə bank işçiləri operativ şəkildə istəyimi dəyərləndirir. Bu yerdə kredit mütəxəssislərinin peşəkarlığını və yüksək davranış qaydalarını da xüsusi qeyd etmək istəyirəm. Bir sözlə, mən "Bank of Baku"nun müştərisi olmaqdan, onların yüksək xidmət səviyyəsindən məmnunam. Bu məmnunluğumu və təşəkkürümü media vasitəsi ilə çatdırmaq istədim. Çünki özüm də media işçisiyəm və telekanalların birində çalışıram.
Bir neçə gün əvvəl də təcili kredit ehtiyacım yarananda, bankın 22 iyul Mətbuat günü ilə bağlı endirimli kredit kampaniyasına başladığını gördüm. Xeyli sevindim. Müracitimə qarşı yenə bankın mütəxəsislərindən eyni peşəkar və operativ münasibətin şahidi oldum və kampaniya çərçivəsində 5 faizlik endirimlə kredit aldım.
"Bank of Baku"nun Mətbuat günü ilə bağlı belə bir kampaniya aparması mənim üçün əsl bayram hədiyyəsi oldu."
Qaynar.info