
Separatçı "Dağlıq Qarabağ Respublikası"nın oyuncaq prezidenti Arayik Harutyunyan xüsusi təyinatlı bölmələrlə birlikdə ön cəbhə xəttinə getdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun Facebook səhifəsində məlumat verilib.
"Bu, hər birimizin maksimum iştirak və sədaqətlə qalib gəlməli olduğumuz müqəddəs vətən müharibəsidir", - oyuncaq lider deyib.
Arutyunyan "döyüş şərəfini qəbul etmək" niyyətində olduğunu bildirib, çünki o, "ön cəbhədə arxa cəbhədəkindən daha çox xeyir verə bilərmiş”. "DQR lideri” həmyerlilərindən ayağa qalxmalarını və sonsuz sədaqətlə "vətənlərində varolma təhlükəsi olmadan yaşamaq hüquqlarını müdafiə etməyi” xahiş edib.
Alpər