Xəbər lenti

PA-da vətəndaşların videoqəbul qaydası təsdiqləndi
Ölkə12:17 13.05.2020

PA-da vətəndaşların videoqəbul qaydası təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 
Qaynarinfo xəbər verir ki, fərmanda deyilir:
1. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanları videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.
Prezident Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili qaydası ilə bu linkə keçid edərək tanış ola bilərsiz.