Xəbər lenti

PA-dakı toplantıdan yeni xәbәr
Ölkə19:27 24.05.2013

PA-dakı toplantıdan yeni xәbәr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 24-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev icra başçıları ilə görüş keçirib. “Yeni Müsavat”a daxil olan xəbərə görə, toplantıda ölkənin bütün rayonlarının, eyni zamanda Naxçıvan Muxtar Respublikasının rayonlarının icra başçıları da iştirak ediblər.

Məlumata görə, görüşdə bu ilin oktyabrında baş tutacaq prezident seçkilərinə hazırlıqla bağlı icra başçılarına müəyyən tapşırıq və tövsiyələr verilib. Eyni zamanda, yerlərdə sosial problemlərin həlli, əhali ilə münasibət və digər məsələlər ətrafında ciddi müzakirələr olub.

Toplantıda MSK sədri Məzahir Pənahov da çıxış edib.

musavat.com