Xəbər lenti

Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi açıldı (FOTOLAR)
Ölkə16:27 15.10.2022

Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi açıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Fotoqrafiya Evində tanınmış Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi açılıb.
Sərginin mövzusu "Sülh və rifah incəsənət vasitəsilə” təbliğidir. 
Pakistanın ölkəmizdəki səfirliyi və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə sponsorluğu ilə keçirilən sərgi Pakistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilir.
Tədbirdə çıxış edən səfir Bilal Hayi münaqişələr və təbii fəlakətlərlə üzləşən ümumi bəşəriyyətə sülh və ümid mesajı göndərmək məqsədi daşıyan sərginin mövzusunun əhəmiyyətini vurğulayıb.
 Səfir qeyd edib ki, iki qardaş ölkənin incəsənət xadimlərinin birgə təşəbbüsü mədəni əməkdaşlığın və insanların insanlarla təmaslarının gücləndirilməsi istiqamətində müsbət addım olub.
Sərgi oktyabrın 17-dək davam edəcək və heç bir giriş haqqı olmadan geniş ictimaiyyət üçün açıq olacaq.
Qeyd edək ki, sərgi çərçivəsində həmyerlimiz məşhur fotobloqqer İradə Qədirovanın da Pakistanda lentə aldığı fotolar nümayiş etdirilib.
Bir-birindən maraqlı fotolar gələn qonaqlar tərəfindən olduqca yüksək qiymətləndirilib.