Pakistanın
Peşəvər şəhərində dini seminariyada dərs zamanı partlayış baş verib.
Qaynarinfo
xəbər verir ki, "Şəfəq" qəzetinin yazdığına görə, hücum nəticəsində ən
azı yeddi nəfər ölüb, daha 70 nəfər yaralanıb. Ölən və yaralananlar arasında həm
tələbələr, həm də müəllimlər var.
Yaralılar
"Lady Reading” xəstəxanasına aparılıb, onlardan çoxunun vəziyyəti ağırdır.
Məlum
olub ki, kimsə Quran öyrədilən sinfə əldə hazırlanmış bomba olan çanta gətirib.
Polis
hadisə yerini dövrəyə alıb, araşdırma aparılır.
Alpər
Şərhlər