Bakıda KFC restoranına yemək yeyən pakistanlı tələbənin velosipedi oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu, Nizami küçəsində yerləşən KFC restoranın qarşısında baş verib.
Belə ki, iki aydır Bakıda təhsil alan Pakistanın Mardan vilayətinin sakini olan Saleh (şərti) yemək yemək üçün KFC restoranına gedib. Velosipedini restoranın qarşısında saxlayaraq, restorana daxil olub. Sifarişini götürüb çölə çıxdıqda isə "STRİM” markalı velosipedinin saxladığı yerdə olmadığnı görüb.
Pakistan vətəndaşı izahatında velosipedi beş gün öncə 300 manata aldığını qeyd edib.
Polisin apardığı araşdırma nəticəsində velosipedi oğurlayan Qadir (şərti) adlı şəxs saxlanılıb. O, şəxs izahatında bildirib ki, KFC-nin qarşısında velosiped görüb, onun sahibsiz olmasından istifadə edərək oğurlayıb və Xocəsən istiqamətinə doğru hərəkət edib. Xocəsəndə körpünün altında gecələyib, ərazidə xidmət edən polis əməkdaşları onu görüb, yaxınlaşmaq istədikdə velosipedi orada qoyaraq qaşıb. Ertəsi gün velosipedi qoyduğu yerə qayıtdığı zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəciyini bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirlən şəxsə 23 gün azadlıqdan məhrum edilib.
Əhməd
Şərhlər