Xəbər lenti

Pambıqyığan maşınları idarə edəcək 160 mexanizatora sertifikat verildi (FOTOLAR)
Ölkə11:15 21.08.2018

Pambıqyığan maşınları idarə edəcək 160 mexanizatora sertifikat verildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində "Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatıb.
Qaynarinfo xəbər verir ki, iyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlər bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsi məqsədilə keçirilib.
Təlimlərin yekununda kursları müvəffəqiyyətlə bitirmiş 160 mexanizatora sertifikat təqdim olunub. Kursu bitirə bilməyən mexanizatorlar bu il pambıq yığımı prosesində iştirak edə bilməyəcəklər.