Xəbər lenti

Pandemiya dövründə Azərbaycana turist əsasən bu ölkələrdən gəlir
Ölkə18:05 10.08.2021

Pandemiya dövründə Azərbaycana turist əsasən bu ölkələrdən gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pandemiya dövründə xaricdən Azərbaycana gələn turistlərin sayında kəskin azalma var. Hazırda Azərbaycana az sayda ölkələrdən turistlər gəlir.
Bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
C.Aşırov bildirib ki, hazırda xaricdən Azərbaycana əsasən ərəb ölkələrindən, Türkiyədən və Rusiyadan gəlirlər:
"Azərbaycana 9 ölkədən gəlməyə icazə verilib, yəni Azərbaycan 9 ölkə ilə hava sərhədlərini açıb. Müəyyən pandemiya qaydaları daxilində həmin ölkələrdən Azərbaycana insanlar gələ bilərlər.
Gələnlər həm istirahət, həm də iş məqsədi ilə Azərbaycana üz tuturlar. Ancaq gələnlərin təqribən 80 faizi turizm məqsədi ilə gəlir. Əlbəttə ki, səfərlər pandemiya qaydaları çərçivəsində baş tutur. Xaricdən gəliş kütləvi xarakter daşımır”.