"Quru sərhədlərin açılması mümkündür”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli deyib. O bildirib ki, ötən il pandemiyanın kəskin dövründə Avropa, o cümlədən inkişaf etmiş ölkələr - Türkiyə, Yunanıstan, Misir və digər ölkələr turizmlə bağlı sərhədlərini açmışdılar:
"İnsanlar təyyarə və digər nəqliyyat vasitələrindən istifadə edərək həmin ölkələrə gedirdilər. Hazırda Türkiyə, Yunanıstan, İspaniya və digər ölkələrin turizm sezonu ilə bağlı karantin qaydalarına əməl etməklə turist qəbul etmək fikirləri var. Analoji addımı Azərbaycan da ata bilər. Təcrübə göstərdi ki, ciddi qapanmalarla, məhdudiyyətlərlə heç də xəstəliyin kəmiyyətinin aşağı düşməsinin və tədbirlərlə virusun yayılmasının qarşısını almaq mümkün deyil. Biz kollektiv olaraq virusa dayanıqlığı müəyyən eləməliyik. Kollektiv sığorta məsələsini ictimaiyyət olaraq qəbul etməliyik. Vətəndaşlar həm sanitar normalara, həm sosial məsafə saxlamağa, həm də maska taxmağa və yoluxmanın qarşısını ala biləcək digər fərdi qorunmalara daha çox üstünlük verməlidirlər. Həm də kollektiv immunitet formalaşmalıdır. Bunu hələ vaxtı ilə İngiltərənin Baş naziri də qeyd etmişdi. Ümumilikdə, əhalinin böyük əksəriyyəti bu xəstəliyi gizli, yaxud da açıq formada keçirir”.
Nazim Bəydəmirli təəssüf hissi ilə Azərbaycanda vaksinasiya prosesinin cəmiyyəti qane etmədiyini qeyd edib:
"Buna fikir vermək lazımdır. Rusiya, Türkiyə, Güscüstan və digər bölgələrdə yaşayan soydaşlarımız vətənlərinə gedib-gələ bilmirlər. Normalara əməl etsələr, insanların hərəkət məhdudiyyəti aradan qaldırılmalıdır”.
Bahar Rüstəmli