Xəbər lenti

Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu
Ölkə21:20 09.07.2025

Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum olub.
Teatrın sabiq direktoru əməkdar artist Elman Rəfiyevin öz ərizəsi ilə işdən çıxması barədə məlumat yeni üzə çıxsa da, onun işdən azad olunması ilə bağlı əmr bu ilin fevralın 6-ı imzalanıb.
Belə ki, elə həmin ay mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə teatra Yarməmməd Qurbanov təyin olunub.
Faktı Mədəniyyət Nazirliyi APA-ya təsdiqləyib.