Xəbər lenti

“Papanin”də metro stansiyası açılacaq
Ölkə06:47 29.04.2016

“Papanin”də metro stansiyası açılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

““Memar Əcəmi-2” və “Avtovağzal”dan sonra B3 (şərti adı) stansiyası sərnişinlərin ixtiyarına olacaq”.

Bunu AzNews.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, B3 bənövşəyi xəttin növbəti stansiyasıdır: “Bu stansiya Ceyhun Səlimov (Papanin adlanan ərazi) ətrafında açılacaq. Hazırda həmin stansiyada tikinti işləri davam edir”. 

N.Paşayev qeyd edib ki, Xırdalan ərazisi istiqamətində metro stansiyası tikintisi nəzərdə tutulmayıb. 

Qaynarinfo.az