Bu gün Milli Paralimpiya Komandasının bir qrup üzvü vətənə qayıdıb.
Qaynarinfo xəbər verir ki, Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən Raman Saleh, Vəli İsrafilov (üzgüçülük), Orxan Aslanov, Samir Nəbiyev (atletika), Əbülfəz Abuzərli (taekvondo) vətənə qayıdıblar.
Raman Saleh, Vəli İsrafilov və Orxan Aslanov Tokio-2020 Yay Paralimpiya oyunlarında qızıl medal qazanıb.
Qarşılanma mərasimində Milli Paralimpiya Komitəsinin işçiləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları və idmançılarımızın ailə üzvləri iştirak edib. Mərasim zamanı idmançılarımız öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər.
Komandamızın növbəti qrupu 7 sentyabr 2021-ci il tarixində vətənə qayıdacaqlar.
Səbuhi Həsənov