Xəbər lenti

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş etdi
Ölkə05:00 09.09.2022

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.
Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
"Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
"Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.
Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.