Xəbər lenti

Parkda “boks aparatı"ndan pul oğurladı, digər əməlləri də ifşa olundu
Ölkə10:24 21.04.2023

Parkda “boks aparatı"ndan pul oğurladı, digər əməlləri də ifşa olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda parkda qurlaşdırılan "boks aparatı"nda pullar oğurlanıb. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən "Seyrəngah” parkında baş verib. Parkda quraşdırılmış "boks aparatı"nın içərisindən 91 manat pul oğurlanıb. 
Polisin apardığı araşdırma zamanı hadisəni 1990-cı il təvəllüdlü Asiman (şərti) adlı şəxsin törətdiyi müəyyənləşib. Onun şəhərin M.Hüseyn küçəsində işlətdiyi sexdən 90 manat dəyərində 1 ədəd akkumliyatoru, tanışına məxsus 60 manat dəyərində velosipedi, şəhər sakinə məxsus pul qabından 76 manatı oğurlaması müəyyən edilib.
Məhkəmənin qərarı ilə Asiman İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Əhməd