Xəbər lenti

Parkda kişini güllələyib öldürdülər - Bakıda
Ölkə06:41 04.09.2014

Parkda kişini güllələyib öldürdülər - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda gecə dəhşətli qətl hadisəsi baş verib. Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun Anspress-ə verdiyi əluata görə, saat 22:30-da Sahil qəsəbəsində “Sahil” parkında bir nəfər güllələnib.

Araşdırmalar zamanı güllələnən şəxsin kimliyi məlum olub. Onun Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Şaban Məmməd oğlu Nəbiyev olduğu bilinib. Onu “Vinçester” markalı odlu silahla güllələyiblər. Onun bədənində bir neçə güllə olub.

Şaban Nəbiyevi güllələyənin kimliyi hələlik məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info