Xəbər lenti

Parlament qarşısında aksiya - FOTOLAR
Ölkə09:00 27.06.2014

Parlament qarşısında aksiya - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün 30-a yaxın valideyn Milli Məclisin qarşısına toplaşıb.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, onlar Araz kurslarının və Çağ Öyrətim liseylərinin bağlanması ilə əlaqədar müvafiq şəxslərlə görüşmək istədiklərini bildiriblər. Valideynlər bağlanan liseylərdə oxuyan övladlarının bundan sonrakı taleyindən narahat olduqlarını bildirib. Ünvanlamaq istədikləri sual isə budur: “Övladları bundan sonra harada oxuyacaq?”.

Parlament binası qarşısında narazı valideynləri millət vəkili Fəzail Ağamalı qarşılayıb. Deputat bir neçəsinin əynində lisey köynəkləri olan 30-a yaxın valideynə alternativ məktəblərdən seçim etmələrini təklif edib. Sonra parlamentin təhlükəsizlik əməkdaşları valideynləri qəbul otağına yönəldib.

Qaynar.info