Xəbər lenti

Parlament seçkisində iştirak edən partiyaların sayı 15-ə çatdı  (SİYAHI)
Ölkə12:46 20.12.2019

Parlament seçkisində iştirak edən partiyaların sayı 15-ə çatdı (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
9 fevral 2020-ci il tarixinə təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb.
Qaynarinfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha 4 partiyanın - Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Beləliklə, siyasi partiyalar aşağıdakılardı:
Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası və "Ana Vətən” Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası.