Xəbər lenti

Parlamentdə deputatlar arasında qalmaqal: “İcra başçısının adından danışır”
Ölkə09:34 05.05.2020

Parlamentdə deputatlar arasında qalmaqal: “İcra başçısının adından danışır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin iclasında deputatlar Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında mübahisə düşüb. 
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, M.Qasımlı çıxışında Yardımlıda əhaliyə paylanılan yardımlardan danışarkən deyib ki, heç kim dövlət orqanlarının fəaliyyətinə kölgə sala bilməz: 
"Yardımların paylanılmasının çox şəffaf şəkildə həyata keçirildiyi rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”, - deyə M.Qasımlı S.Rüstəmxanlıya replika atıb. 
Bu isə deputat S.Rüstəmxanlının etirazına səbəb olub. O bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq paylanılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib. 
"Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”, - deyə o, əlavə edib.