
2 fevral Azərbaycanda gənclər günü kimi qeyd edilir. Bu gün 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb.
Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Parlaq Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ölkənin Cənub bölgəsində Gənclər gününü qeyd edib.
İctimai Birliyin Gənclər Fondunun qrant layihəsi çərçivəsində Biləsuvarda keçirdiyi "Özünədəstək qurupları gənclərin ictimai fəallığı kimi" təlimləri də rayon gəcləri tərəfindən müsbət qarşılanıb. Gənclərin özlərinin də fəallığı ilə "Mən cəmiyyətin bir üzvüyəm" xəritəsi hazırlanıb.
Qaynar.info