Xəbər lenti

Partiya üzvünün saxlanılmasından xəbərsizdir (AÇIQLAMA)
Ölkə11:42 10.05.2013

Partiya üzvünün saxlanılmasından xəbərsizdir (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Saxlanılma xəbərini eşidib Vüqar Qədirova zəng etdim, amma telefonuna zəng çatmadı”

"İmişlidə saxlanılan AXCP üzvü ilə bağlı hər hansı məlumata malik deyilik". Bunu Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı İmişlidə saxlanılan partiya üzvündən danışarkən deyib.

Onun sözlərinə görə, partiya üzvünün saxlanılması ilə bağlı xəbəri saytların birindən oxuyub: “Onun saxlanılması ilə bağlı hər hansı məlumatımız yoxdur. Saxlanılma xəbərini eşidib Vüqar Qədirova zəng etdim, amma telefonuna zəng çatmadı. Bildiyimə görə, “Azadlıq” radiosunun əməkdaşı ilə birgə polis şöbəsinə aparılıblar. Gün ərzində mütəmadi əlaqə saxlayacağam”.

Qeyd edək ki, İmişlinin Otuzikilər kəndində camaatla bələdiyyə arasında mübahisə yaranıb.

Belə ki, kənd camaatı onlara verilməli olan torpaq sahəsinin, bəldiyyə və icra hakimiyyəti tərəfindən kənar şəxslərə satıldığına etiraz edirlər. Məsələ ilə bağlı məhkəməyə müraciət də olunub.

Bu gün isə torpaq sahəsini almış şəxslər öz mal-qaralarını həmin əraziyə gətiriblər. Yerli camaatla onlar arasında yaranmış mübahisəni lentə almaq istəyən “Azadlıq” radiosunun bölgə müxbiri Azər Əli və AXCP fəalı Vüqar Qədirov polis tərəfindən saxlanılıb.

İmişli rayon Polis Şöbəsinin rəis müavini Sahib Səmədov isə saxlanılan şəxslərdən xəbərsiz olduğunu deyir.


İlkin
Qaynar.info