Xəbər lenti

Partlayışda yanan şəxs xəstəxanada öldü
Ölkə12:02 28.08.2025

Partlayışda yanan şəxs xəstəxanada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcabədidə partlayış zamanı ağır xəsarət alan şəxs ölüb.
"Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 21-də rayonun Avaşar kəndi ərazisində yerləşən maye qaz doldurma məntəqəsində qeydə alınıb.
Partlayış zamanı ağır yanıq xəsarəti alan 1979-cu il təvəllüdlü Ruslan Qurbanov xəstəxanada vəfat edib. 
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 21 avqust saat 19:30 radələrində 1 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif növ yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmətlər göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. 
Vəziyyəti ağır qiymətləndirilən şəxsə bədənin 85 %-nin II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Aparılan bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq avqustun 27-si saat 15:00-da ölüm faktı qeydə alınıb”.