Xəbər lenti

Paşinyan erməni əsgərlərin Qarabağdan qaçdığını təsdiqlədi
Ölkə08:46 08.10.2020

Paşinyan erməni əsgərlərin Qarabağdan qaçdığını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan hökuməti indi də öz vətəndaşlarının həbsinə başlayıb.
Qaynarinfo Sputnik Armeniya-ya istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup şəxsin qəsdən təxribat etməyə və cəbhə xəttindəki hərbçilər arasında çaxnaşma yaratmağa çalışdığını açıqlayıb. O, Xankəndidə bir sakinin panika yaydığı üçün həbs edildiyini bildirib.
Paşinyanın sözlərinə görə, həmin şəxs torpaqların itirilməsinə görə Ermənistanın siyasi rəhbərliyini ittiham edib və əhali arasında hakimiyyətin satqınlıq etdiyinə dair şayiələr yayıb.
Ermənistan baş naziri həmçinin bildirib ki, ötən günlərdə bir qrup erməninin cəbhə bölgəsinə getdiyi və ordakı hərbçiləri ölkə rəhbərliyinin onları ölümə göndərdiyi iddiasına inandırmağa çalışdıqlarına dair məlumatlar var.
"Bəzi məlumatlara görə əsgərləri inandırıblar. Hətta postlarını tərk etməyə məcbur ediblər. Göstərişimlə istintaq başladıldı. Həmin şəxslərdən biri Yerevanda tutuldu. Onun Stepanakert sakini olduğu ortaya çıxdı", - deyə Paşinyan bildirib.