Xəbər lenti

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırdı
Ölkə16:57 01.02.2024

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqlayıb.
APA xəbər verir ki, Baş nazir Ermənistanın İctimai radiosuna müsahibəsində bunu Ermənistanın Müstəqillik Bəyannaməsi ilə əlaqələndirib.
Paşinyan diqqətə çatdırıb ki, Qarabağın adı keçən Müstəqillik Bəyannaməsi sülhə maneədir.
"Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.