Xəbər lenti

Patriarxdan Leyla Əliyevaya yüksək mükafat
Ölkə11:13 07.10.2013

Patriarxdan Leyla Əliyevaya yüksək mükafat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rus Provaslav Kilsəsi Prezidentin qızına orden verdi 

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva Rus Provaslav Kilsəsinin yüksək ordeninə layiq görülüb. Qaynar.info AzərTac-a istinadən xəbər verir ki, Fondun Rusiya nümayəndəliyinin rəhbəri olan Leyla Əliyeva Moskva və bütün Rusiya patriarxı Kirilin göstərişi ilə 3-cü dərəcəli müqəddəs knyaginya "Olqa" ordeni ilə təltif edilib. 

Mükafat Əliyevaya müqəddəs knyaz Vladimirin Həştərxan şəhərində abidəsinin ucaldılmasında göstərdiyi yardıma, həmçinin Rusiya ilə Azərbaycan arasında dostluq əlaəqlərinin möhkəmlənməsi üçün göstərdiyi çoxsayli xidmətlərə görə layiq təqdim olunub. 

Qeyd edək ki, bu mükafat kislə, dövlət və ictimai işlərdəki xidmətlərinə görə xanımlara verilir. Mükafat daha əvvəl Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberq və Böyük knyaginya Mariya Vladimirovna Romanovaya təqdim olunub.