Xəbər lenti

Paytaxta yeni avtobuslar gətirilir - VİDEO
Ölkə08:24 01.05.2014

Paytaxta yeni avtobuslar gətirilir - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərnşindaşımada əlil sərnişinlərin hərəkətini rahat təmin etmək üçün yeni avtobuslar gətiriləcək.

ANS TV-nin məlumatına görə, həmin avtobuslara quraşdırılacan panduslar əlil arabalarında olan sərnişinlərin nəqliyyat vasitəsinə rahat minməsini təmin edəcək.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov sözlərinə görə, ölkəyə gətirilməsi nəzərdə tutulan avtobuslarda əlilərin rahatlığı mütləq nəzərə alınacaq: “Artıq Nəqliyyat Nazirliyin mütəxəssisləri, bu istiqamətdə bir neçə ölkə- Koreya, Almaniya, Özbəkistanla danışıqlar aparır. Azərbaycanda fiziki qüsurlu şəxslərin faiz dərəcəsi az olduğuna görə, avtobuslarda yalnız onlar üçün bir köşə nəzərdə tutulub ki, əlillər də onlar üçün ayrılmış yerdən rahat bir şəkildə qalxıb-düşə bilsinlər”.

Qaynar.info