Xəbər lenti

Paytaxtda daha bir yol bağlandı
Ölkə14:50 10.03.2016

Paytaxtda daha bir yol bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Atatürk prospektinin Məmməd Araz küçəsi (keçmiş Teymur Əliyev küçəsi) ilə kəsişməsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

NİİM-dən milli.az-a verilən məlumata görə, Məmməd Araz küçəsinin Atatürk prospektindən  Azadlıq prospekti istiqamətində olan hissəsi isə açıqdır.

Göstərilən istiqamətdə hərəkət edən avtomobil sürücülərindən bunu nəzərə almaları tövsiyə olunur. 

Qeyd edək ki, paytaxtın Ceyhun Səlimov küçəsi də Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar uzun müddətə bağlanıb.

 Qaynar.info