
Paytaxtda daha bir yol bağlanır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.
Qaynar.info