Bakıda güclü külək fəsadlar törədib.
Qaynarinfo xəbər verir ki, keçmiş Nəqliyyat Nazirliyinin yerləşdiyi binanın damı uçub. Yola düşən dam örtüyü parçaları 3 avtomobilə zərər vurub.
Ərazidə tıxac yaranıb. Yol polisi hərəkəti bərpa etmək üçün tədbirlər həyata keçirir. (Redaktor.az)