Xəbər lenti

Paytaxtda yeddi avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirildi
Ölkə05:44 26.07.2024

Paytaxtda yeddi avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən Bakının Xətai rayonunun Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şosesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov, Cavanşir, Ramiz Quliyev küçələri, 8 Noyabr prospekti ilə təşkil edilib", - deyə məlumatda qeyd olunub.