Xəbər lenti

Paytaxtın bu ərazilərində su kəsiləcək
Ölkə16:29 03.03.2016

Paytaxtın bu ərazilərində su kəsiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Maştağa anbar kompleksindən Ramana anbar kompleksinə qədər çəkilmiş yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulma işləri ilə əlaqədar bu gecədən etibarən 24 saat müddətində Bakının bir neçə qəsəbəsində su olmayacaq.

Virtualaz.org xəbər verir ki, bu barədə “Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O bildirib ki, Ramana Südçülük Şuşa məcburi köşkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, "Sovxoz" adlanan əraziyə, Samir Əliyev küçəsinə (Aeroport yolunun sağ və sol hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qaynar.info