Xəbər lenti

Paytaxtın yarısında qaz olmayacaq
Ölkə06:13 02.07.2014

Paytaxtın yarısında qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 13:00-dək Nərimanov, saat 18:00-dək Qobustan, Xətai və Sabunçu, saat 11:00-dan 14:00-dək Yasamal, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranmasına səbəb qaz nəqli sistemində qaz tənzimləyici və qızdırıcı qurğuların quraşdırılması, qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi, qaz kəmərlərinin kipliyə yoxlanılması, istismara yararsız xətlərin ləğv olunması, mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi və təmir işləridir.

Qaynar.info