Xəbər lenti

Pedaqoji işçilər tədris ili ərzində də məzuniyyət götürə biləcəklər
Ölkə19:45 16.01.2026

Pedaqoji işçilər tədris ili ərzində də məzuniyyət götürə biləcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Daha əvvəl bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilirdi.
Qanuna əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.