Xəbər lenti

Dünya 18:25 17.02.2024

Pekin Vaşinqtondan sanksiyaların ləğvini tələb edir

Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə Amerikanın birtərəfli sanksiyalarının ləğvini tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Vanq Yi Birləşmiş Ştatlardan Çin müəssisələrinə və fiziki şəxslərə qarşı qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyi və Çinin qanuni inkişaf hüquq və maraqlarına zərər verməməyi tələb edib", deyə nazirliyin bəyanatında qeyd edilir.

Çin diplomatı vurğulayıb ki, iki dövlət münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında qurmalıdır ki, bu da onlara bir-biri ilə barışmağa imkan verəcək.

Bundan əvvəl "Politico" qəzeti yazıb ki, ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi tədbirin ilk günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüş zamanı ABŞ prezidenti arasında gözlənilən telefon danışığını müzakirə edəcəklər

Aydın



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?