Xəbər lenti

Siyasət 16:51 03.08.2023

Pənah Hüseynin partiyasına da “yox” cavabı gəldi

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının qeydiyyatla bağlı üzvlərinin siyahısını yoxlayıb. Siyahıda imzası olan 73 nəfərin vəfat etdiyi müəyyən edilib.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədri Pənah Hüseyn məlumat verib.

Onun sözlərinə görə, AXP 5854 nəfərin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib: 

"Yoxlama zamanı 2676 nəfərin dəqiq partiya üzvü olduğu təsdiq edilib. 3178 üzv barədə isə dəqiqləşdirmələr aparılır. Siyahıda 337 nəfərin başqa partiyaların üzvü olduğu, 73 nəfərin isə öldüyü müəyən edilib. 29 nəfər 18 yaşına çatmamış şəxs kimi qiymətləndirilib, 146 nəfərin adı təkrarlanıb, 171 nəfər isə AXP üzvü olmadığını bildirib”. 

Pənah Hüseyn onu da əlavə edib ki, bir ay müddətində göstərilən texniki nöqsanlar həll olunub, təkrar Ədliyyə Nazirliyinə təqdim olunacaq. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->