Xəbər lenti

Pəncərəsi olmayan binanın sirri – FOTO
Ölkə16:40 22.11.2016

Pəncərəsi olmayan binanın sirri – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) beynəlxalq dinləmələr üçün Nyu-York şəhərində gizli bir mərkəz qurub.

Qaynarinfo.Az xəbər verir ki Publika.az-a istinadən xəbər verir ki, “Titanpointe” adlı mərkəz telekommunikasiya nəhəngi AT&T-nin pəncərəsiz göydələnində yerləşir.

Daha əvvəl NSA-nın keçmiş əməkdaşı Edvard Snouden tərəfindən açıqlanan sənədlərdə də mərkəzin adı çəkilib. Adı gizli saxlanılan bir AT&T əməkdaşının verdiyi məlumata görə, NSA-nın agentləri binadan 38-dən çox ölkədə edilən telefon danışıqları, faks mesajları və internet fəaliyyətini izləmək üçün baza kimi istifadə edir

1978-ci ildə tikilən binanın nüvə zərbələrinə belə dözəcək şəkildə inşa edildiyi bildirilir. Bina daxilindəki generatorlar və su anbarı NSA-nın əməkdaşlarına xarici dünyadan ayrı qalaraq müstəqil şəkildə həftələrlə işləmək imkanı verir.

Yerli mətbuatda son illərdə dərc olunan xəbərlərdə də AT&T-nin ABŞ kəşfiyyat xidmətlərinə ən çox yardım edən telekommunikasiya şirkəti olduğu iddia edilib.

Qaynarinfo.Az