
"Bu gün bazar günüdür. Baş verənlərlə bağlı heç bir məlumatım yoxdur. Məsələni araşdırıb məlumat verəcəm".
Bunu Qaynar.info-ya açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov Yadigar Sadıqovla bağlı yayılmış məlumatlara münasibət bildirərkən deyib.
Qeyd edək ki, Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsi sensasion açıqlama yayıb. Müdafiə komitəsinin sədri Elman Fəttah Qaynar.info-ya bildirib ki, Yadigar Sadıqov Şüvəlan təcridxanasından "Xələc"ə aparılmaq adı ilə çıxarılıb, amma hara aparıldığı məlum deyil.
Xatırladaq ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə görə məhkum edilmiş şəxsin yer dəyişməsi halı ilə əlaqədar onun yaxınlarına, vəkillərinə dərhal məlumat verilməlidir.