Xəbər lenti

Penitensiar xidmətə daha bir ittiham
Ölkə07:15 07.06.2014

Penitensiar xidmətə daha bir ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Birliyi Penitensiar Xidmətin ittihamlarına cavab verib.

Birliyin rəhbəri Elşən Həsənov “Qafqazinfo” ya açıqlamasında bildirib ki, Xidmətin  belə reaksiya verəcəyi aydın məsələdir: “Bizim mühafizə orqanları vətəndaşın hüquqlarını bərpa etməkdənsə, oliqarxların tərəfini saxlayırlar. Onlara heç bir cəza verilmir. Yalnız kasib təbəqəyə adi vətəndaşlara əziyyət verməklə məşğuldurlar. Halbuki qanun qabağında hamı eyni olmalıdır. Əfsuslar olsun ki, bizim ölkədə hüquq adlı bir şey yoxdur. Ədliyyə Nazirliyindən şikayət etmək üçün onun tabeliçiyində olan məhkəmələrə, Apelyasiya Məhkəməsinə  müraciət edə bilərsən. Bunlar da bir- birinin tərəfini saxlayır”.

Elşən Həsənov qeyd edir ki, birinci dəfə deyil ki  müraciətdə adlar çəkirlər: “Konkret olaraq bir neçə dəfə cəzaçəkmə müəssisələrində ölüm halları ilə bağlı məlumat vermişik.  Bir nəfər məsuliyyətə cəlb olunubmu? Yox.  İki gündən bir yazırlar ki, Ziya Məmmədovun qoçuları vətəndaşı döydü? Amma kimsə cəzalandırılıbmı? Yox. Bu da həmin məsələdir”.

Qaynar.info