Xəbər lenti

Pentaqon təlimlərdən niyə narahatdır?
Ölkə11:50 26.08.2016

Pentaqon təlimlərdən niyə narahatdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ordusunun növbəti qəfil manevrlərə başlaması onunla qonşu olan Gürcüstan, Ukrayna kimi ölkələrlə yanaşı Amerika Birləşmiş Ştatlarını da narahat edib. Pentaqon avqustun 25-də bəyan edib ki, Rusiyanın növbəti qəfil manevrlərindən narahatdır və Moskva silahlar üzərində nəzarətə dair öhdəliklərini yerinə yetirib qonşular üçün hərbi təhdid yaratmamalıdır.
Qaynarinfo.Az-a müsahibə verən hərbçi ekspert Üzeyir Cəfərov Pentaqonun narahatçılığının haqlı olduğunu deyib. "Qəbul olunmuş qaydalara görə, hər hansı bir dövlət keçirdiyi təlimlərlə bağlı əvvəlcədən region ölkələrini və müttəfiqlərini məlumatlandırmalıdır. Rusiya bunu etmədiyinə görə pentaqon narahatçılığını bildirib. Rusiya, ümumiyyətlə, son vaxtlar regionda vəziyyəti gərginləşdirməyə gətirib çıxara biləcək qərarlar qəbul edir. Putinin son vaxtlar gözlənilməz qərarları olur o qərarlardan biri də dünən verildi. Müdafiə naziri elan etdi ki, prezident göstərişinə əsasən ordu həyəcan siqnalı ilə qaldırılıb və hərb hissələrin döyüş hazırlıığı yoxlanılır. Putinin xüsusən Ukrayna ilə bağlı son vaxtlar atdığı addımlar, Ukrayna sərhəddində qoşunların cəmlənməsi və sairə narahatlıq doğurur. Adətən təlimlərə nə qədər şəxsi heyətin, texnikanın cəlb olunması da əvvəlcədən elan olunur. İndi isə bu baş verməyib. Rusiya da Pentaqonun narahtlığına normal yanaşmalıdır".
Hərbi ekspert bir neçə il əvvəl Rusiyanın təliməri zamanı yaşanmış faciəni yada salıb: "Rusiyanın təlimləri zamanı Qara dəniz üzərində vurulmuş Ukrayna mülki təyyarəsini xatırlayın. Əvvəlcədən məlumatlandırma yox idi deyə, mülki təyyarə dəniz üzərində uçanda Rusiyanın buraxdığı raketlə toqquşdu, yüzlərlə insan həyatını itirdi".

Ü.Cəfərov Rusiyanın özünü SSRİ-nin varisi kimi aparması məsələsinə diqqəti yönəldib. "NATO Rusiyaya həm də ciddi nüvə ölkəsi kimi baxır və onun addımları diqqətlə izlənilir".

Qızılgül

Qaynarinfo.Az