Xəbər lenti

Pepe: “Azərbaycanla oyun asan olmayacaq”
İdman17:58 20.03.2013

Pepe: “Azərbaycanla oyun asan olmayacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə düşmək üçün biz hökmən qarşıdakı iki oyunda İsrail və Azərbaycana qalib gəlməliyik”. Bu sözləri Portuqaliya millisinin oyunçusu Pepe deyib.

Bu gün portuqaliyalı jurnalistlərə açıqlamasında Madrid “Real”ının futbolçusu bildirib ki, sözügedən matçlar asan olmayacaq: “Qarşıdakı iki oyun vacib olsa da, həlledici deyil. Bundan sonra da oyunlarımız olacaq. Ona görə də bütün görüşlərdə qələbə qazanmalıyıq ki, dünya çempionatının final mərhələsinə düşə bilək. Biz rəqiblərimizə, öz azarleşlərimizə hörmət edirik. Bu qarşılaşmalara yüz faiz hazır olmalıyıq”.

Pepe martın 22-də İsraillə görüşün daha ağır keçəcəyi qənaətindədir. O, rəqibin bəzi oyunçularının İspaniyada oynadığına diqqət çəkib: “Biz oyuna yaxşı köklənməliyik. Öz təcrübəmizdən maksimum istifadə etməliyik”. //qol.az