Bakı Dəmir Yolu Vağzalının ərazisində yeləşən "Perron Gallery” ticarət mərkəzində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, hadisə ticarət mərkəzində yerləşən "Ajumal” mağazasında qeydə alınıb.
Satıcının başının qarışıq olmasından istifadə edən şəxs "Chanel Bleu 2018”, "PDM Layton” "X4 Sport” markalı, 150 qramlıq ətirlərin hərəsindən birini oğurlayıb. Hər bir ətirin qiyməti 225 manat olub.
Aparılan araşdırma zamanı oğurluq hadisəsinin Sabir (şərti) adlı şəxs tərəfindən törədildiyi məlum olub. O, "Ajumal” mağazasına gələrək ətirlərə baxıb, ətirin iyindən xoşu gəlsə də, onu almağa pulu olmadığından oğurlamaq qərarına gəlib. İki ay ərzində müxtəlif vaxtlarda oğurluq hadisəsini törədib. Hansı ətirdən xoşu gəlibsə, onu oğurlayıb, istifadə edib. Oğurladığı ətirləri satmaq niyyəti olmayıb, onları öz yaşadığı evdə saxlayıb və könüllü olaraq polisə təqdim edib.
Məhkəmənin qərarı ilə Sabir Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Əhməd