Xəbər lenti

Peru Azərbaycanda səfirlik açacaq
Ölkə12:21 01.12.2016

Peru Azərbaycanda səfirlik açacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Peru Azərbaycanda diplomatik nümayəndəlik açmağı planlaşdırır. 

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, bununla bağlı Peru XİN-dən Azərbaycan XİN-ə nota daxil olub. Sənəddə iki ölkə arasında siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan XİN Perunun bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.

Qaynarinfo.Az