Xəbər lenti

Peru prezidenti plastik əməliyyat səbəbindən vəzifəsini itirə bilər
Dünya 17:07 04.12.2024

Peru prezidenti plastik əməliyyat səbəbindən vəzifəsini itirə bilər

Peru prezidenti Dina Boluarte 2023-cü ilin yayında plastik cərrahiyyə əməliyyatı (rinoplastikaya - burun əməliyyatı) keçirmək üçün iki həftə ərzində ictimaiyyət qarşısına çıxmayıb və bu müddət ərzində öz səlahiyyətlərini Konqresə ötürməyib. Bu hərəkət konstitusiya prosedurlarının pozulması kimi qiymətləndirilib və prezidentin vəzifəsindən kənarlaşdırılması tələblərinə səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat yayıb.

Rəsmi hesabatlarda prezidentin həmin günlərdə müxtəlif ictimai tədbirlərdə iştirak etdiyi bildirilsə də, jurnalist araşdırmaları onun ictimaiyyət qarşısında görünmədiyini sübut edib.

Dina Boluartenin səlahiyyətlərini Konqresə təhvil verməməsi konstitusiyaya zidd olaraq qiymətləndirilib. Hüquqşünaslar bu hərəkətin dövlətin idarəetməsində boşluq yaratdığını vurğulayıblar.

Bundan əlavə, 2023-cü ilin mart ayında Peru baş naziri Qustavo Adrianzenin verdiyi məlumata əsasən, prezidentin şəxsi evində və rəsmi iqamətgahında axtarışlar aparılıb. Bu axtarışlara səbəb Dina Boluartenin bəyan olunmamış lüks saat kolleksiyasını saxlaması ilə bağlı araşdırma olub.

Polis əməkdaşlarının bildirdiyinə görə, evdə olan şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarını içəri buraxmaqdan imtina ediblər. Bu səbəbdən hüquq-mühafizə orqanları evə daxil olmaq üçün xüsusi avadanlıqdan istifadə ediblər. Axtarış zamanı prezident evdə olmayıb və onu yalnız hüquqşünaslar təmsil edib.

Axtarışdan sonra prokuror Xalvi Kolçado açıqlama verərək, ələ keçirilən əşyalar barədə ictimaiyyətə sonradan məlumat veriləcəyini bildirib. Prezident Dina Boluartenin vəzifə müddəti ilə bağlı davam edən bu araşdırmalar onun siyasi karyerasını təhlükə altına qoya bilər.

Aydın




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->